EN

KTMT-yə sədrlik Qazaxıstana keçir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstana keçib.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

 

Qeyd edək ki, toplantı Belarusun paytaxtı Minskdə keçirilir. Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak üçün Minskə səfər etsə də, Ermənistan baş naziri Nikol Paşinyan qatılmaqdan imtina edib.

 

Gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər daxildir.

Chosen
605
50
modern.az

10Sources