EN

İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur - Françesko Korvaro

Bakı. Trend:

İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaşolmaqdan qürur duyur və bu problemin öhdəsindən gəlmək üçün tamöhdəliyimizi nümayiş etdiririk.

Trend xəbər verir ki, bubarədə İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi, rofessorFrançesko Korvaro COP29 konfransı çərçivəsində keçirilən “İqlim vəSülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli paneldə çıxışı zamanı deyib

O qeyd edib ki, iqlim dəyişikliyi bu əsrin, bəşəriyyətinproblemlərindən biridir.

“Biz fövqəladə təbiət hadisələrinin intensivliyi və tezliyiartdığı, bütün dünyada insanların əziyyət çəkdiyi bir reallıqlaqarşılaşırıq. Ancaq bütün ölkələr eyni dərəcədə təsirlənmir. Bəzibölgələr iqlim dəyişikliyinin təsirinə qarşı daha həssasdır və onuyumşaltmağa və uyğunlaşmağa daha az hazırdır.

Dünyanın eyni bölgələrində iqlim dəyişikliyinin mənfi nəticələrisosial qeyri-sabitliyi gücləndirə və su kimi təbii ehtiyatlaraçıxış üçün rəqabəti artıra bilər. İqlim dəyişikliyi su qıtlığını,ərzaq təhlükəsizliyini və torpağın deqradasiyasını gücləndirənqlobal təhlükədir.

Bu amillər regionlarda sabitliyi poza və bütün icmaları riskəataraq, münaqişəyə səbəb ola bilər. Aramızda ən həssas olanlarqadınlar, uşaqlar və münaqişədən təsirlənmiş ərazilərdə yaşayanlarbu böhrandan qeyri-mütənasib şəkildə təsirlənirlər.

Bu kontekstdə İtaliya öz həyati rolunu və məsuliyyətini dərkedir. Hörmətli tərəfdaşlarımız olan Azərbaycan, Misir, Almaniya,BƏƏvə Böyük Britaniya ilə yanaşı, biz Bakı İqlim və Sülh FəaliyyətiAktı çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyəsadiqik”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
33
3
az.trend.az

5Sources