EN

“Məktəbəqədər təhsildə liderlik” proqramına seçimin test və müsahibə mərhələləri keçirilib

Noyabr ayının ilk ongünlüyü ərzində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramına seçimin test imtahanı mərhələsi keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, proqrama müraciət edən şəxslərin seçimi prosesində məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim və metodistlərinin diaqnostik qiymətləndirilməsindən topladıqları ballar nəzərə alınıb və həmin şəxslər əlavə imtahana cəlb olunmayıblar. İcmaəsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlər, metodistlər və diaqnostik qiymətləndirmədə iştirak etməyən digər namizədlər üçün isə test imtahan təşkil edilib. İmtahanda namizədlərə riyazi-məntiqi düşünmə, rəqəmsal məlumatlarla işləmə, tənqidi oxu bacarığına dair suallar təqdim edilib. İmtahandan uğur qazamış namizədlər üçün müsahibə mərhələsi təşkil edilib.

Bildirilib ki, proqrama seçilən iştirakçılar məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili və idarə olunması, sənədlərlə işin təşkili, daxili keyfiyyət sisteminin qurulması, sağlamlıq, təhlükəsizlik, rifah və s. kimi istiqamətləri əhatə edən, ümumilikdə 60 saatlıq təlim proqramına cəlb olunacaqlar.

Chosen
52
tehsil.biz

1Sources