EN

Qadınlar nə üçün bəzənməyə çox pul xərcləyirlər? - MARAQLI SƏBƏBLƏR

"Qadınlar keçmiş dövrlərdən indiyə qədər hər zaman gözəl görünmək üçün bəzənirlər".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, qadın dişi varlıq olduğu üçün əslində özü bəzəkdir:

"Qadın evin və ailənin bəzəyidir. Qadın həm də incəlikdir. Lakin xanımlar bir çox müxtəlif səbəblərə görə bəzənirlər. Bəzi qadınlar bəzənməyi sevirlər və elə özlərini daha rahat hiss edirlər. Ümumiyyətlə, etdiyimiz hər şeyi ilk növbədə ətraf üçün deyil, özümüzə xoş gəlməsi üçün etməliyik. Məsələn, xanım özünə xoş olduğu üçün bəzənirsə, burada hər hansısa qəbahət yoxdur. Hər bir qadın bəzəkli və ətirli olmağı çox sevir. Çünki bu, normal bir haldır".

362459

Psixoloq qeyd edib ki, qadın dünyaya gəldiyi andan etibarən bəzəkli olur:

"Yəni valideynlər qızlarına hələ körpə ikən bəzəkli geyimlər geyindirirlər. Lakin bəzi qadınlar ətrafdakı insanlar tərəfindən bəyənilmək üçün bəzənirlər. Başqa sözlə desək, həmişə gözəl olduğu üçün kompliment eşitmək istəyir. Bir çox xanımlar isə makiyajı sadəcə səliqə-səhman üçün istifadə edirlər. Ümumiyyətlə, qadınlar özlərinə baxmağı çox sevirlər. Bəziləri kosmetikaya, bəziləri ətirə, bəziləri isə geyimə daha çox pul xərcləyir". 

Onun sözlərinə görə, hər makiyaj altında bir psixoloji problem yatmır:

"Həmçinin, hər baxımlı qadının bəylər üçün bəzəndiyini də demək doğru deyil. Əslində, hər qadın başqa qadına görə bəzənir. Lakin həddindən artıq istifadə olunan makiyaj daxili duyğuların basdırılması üçün olur". 

Nabat Mirzəyeva qeyd edib ki, bəzi xanımlar isə ümumiyyətlə makiyajdan istifadə etmirlər:

"Bəziləri bunu özünə yaraşdırmır, bəziləri isə özünü elə rahat hiss etmir. Düşünürəm ki, insan özünü necə rahat hiss edirsə, elə də olmalıdır. Bundan başqa, bəzi xanımlar bəzəndikdən sonra neqativ fikirlərlə qarşılaşdıqları üçün istər-istəməz özlərinə qapılırlar. Bu səbəbdən də makiyaj etmək istəmirlər. Sözsüz ki, bu insana görə dəyişir".

Pərviz

Chosen
74
50
hit.az

10Sources