EN

Fransa - İsrail matçında antirekord qeydə alındı

Millətlər Liqasının V turunda keçirilən Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "Stad De Frans"da baş tutan görüşə 20 min azarkeş baxıb.

Bunadək ən pis nəticə 2003-cü ildə baş tutan Fransa - Yeni Zelandiya oyununda qeydə alınmışdı. Həmin qarşılaşmanı tribunalardan təxminən 37 min nəfər izləmişdi.

Qeyd edək ki, Fransa - İsrail matçı 0:0 hesabı ilə yekunlaşıb.

Chosen
61
6
fanat.az

7Sources