EN

Blinken Yaponiya, Cənubi Koreya və Kanada XİN başçıları ilə görüşüb

ABŞ-ın dövlət katibi Antoni Blinken Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Yaponiya, Cənubi Koreya və Kanadanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, beynəlxalq gündəliyin əsas məsələlərini müzakirə edib. 

Məlumatı “Anadolu” yayıb. 

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken Yaponiyanın xarici işlər naziri Takeşi İvay, Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Kanadanın xarici işlər naziri Melani Coli ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Yaponiya və Cənubi Koreya diplomatları ilə keçirilən danışıqlarda Hind-Sakit okean regionunda təhlükəsizlik məsələləri, o cümlədən Rusiya ilə Şimali Koreyanın yaxınlaşmasının yaratdığı təhlükə müzakirə olunub. Tərəflər Şimali Koreyanın oktyabrın 31-də Yaponiya dənizinə qitələrarası ballistik raket buraxmasını pisləyib və Pxenyanın Rusiyaya mümkün hərbi personal göndərməsi ilə bağlı xəbərləri nəzərdən keçirib.

Diplomatlar ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli alyansı gücləndirməyə, həmçinin G7, Dörd blok və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Kanadanın xarici işlər naziri Melani Coli ilə ayrıca görüş zamanı ikitərəfli əlaqələr, Arktikada təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki böhran və Haitidəki vəziyyət müzakirə edilib.

P.ƏMİRCANOV
XQ

Chosen
86
50
xalqqazeti.az

10Sources