EN

Azərbaycanın və Braziliyanın beyin mərkəzləri əməkdaşlığı dərinləşdirir

Bildiyimiz kimi, COP30 Braziliyada keçiriləcək. Biz də artıq Braziliyanın düşüncə mərkəzləri ilə sıx əməkdaşlığa başlamışıq. SİA xəbər verir ki, bu sözləri “Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.Neft-qaz sahəsinin Azərbaycanın və Braziliyanın iqtisadiyyatının əsas elementi olduğunu deyən Fərid Şəfiyev bugünkü tədbirdə karbohidrogen enerji mənbələrindən alternativ enerji mənbələrinə keçid məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Chosen
3
1
sesqazeti.az

2Sources