EN

Müstəqillik Bəyannaməsi Ermənistanın mövcud olmadığı zamanda qəbul edilibmiş

"Müstəqil Ermənistanın olmadığı 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsində təsvir olunan baxışda müstəqil Ermənistan Respublikası çox qeyri-real təsvir olunur".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının deputatı Sarqis Xandanyan deyib. 

O, Müstəqillik Bəyannaməsi ilə bağlı Paşinyanın dünənki bəyanatını şərh edərkən bildirib ki, söhbət Müstəqillik Bəyannaməsinin məzmunundan və həmin sənəddə olan vurğudan gedib: "Ona görə də mən o yanaşmanı bölüşürəm və həm də bu kontekstdə hüquqi qiymət baxımından Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarı mühüm əhəmiyyət kəsb edirdi". 

Ağarza Elçinoğlu 

Chosen
48
1
unikal.az

2Sources