EN

Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən COP29 çərçivəsində müxtəlif ölkələrinhüquq-mühafizə orqanlarının iştirakı ilə "İqlim dəyişikliyi iləmübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlıyüksəksəviyyəli sessiya keçirilib.

Trend xəbərverir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, COP29-un Prezidenti,ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş ƏrəbƏmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziriŞeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirakediblər.

Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər vəCinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkil etdiyi, həmçinin BƏƏDaxili İşlər Nazirliyinin həmsədri olduğu sessiyada ölkə rəsmiləriekoloji cinayətlər üzrə aparılan tədbirlər barədə məlumatveriblər.

K.Əliyev və M.Babayev Azərbaycanda hüquq-mühafizə orqanlarınınekoloji cinayətlərə qarşı mübarizəsinə toxunublar.

Rusiyanın Baş prokuroru ölkəsinin ekoloji hadisələrlə bağlıgördüyü işlər barədə məlumat verib, hüquq-mühafizə orqanlarınınbirgə səylərinin vacibliyi bildirilib.

Braziliyanın Baş prokuroru Hindenburq Çatebriand bildirib ki,ölkəsi də iqlim dəyişikliyindən əziyyət çəkir, ətraf mühitinqorunması, buu məqsədlə təşəbbüslərin irəli sürülməsinə töhfəvermək üçün çağırış edib.

Keniyanın Baş prokuroru, Afrika Prokurorlar AssosiasiyasınınPrezidenti Renson İnqonqa ölkəsində müşahidə edilən iqlimdəyişikliyi ilə bağlı problemlərə danışıb.

"Interpol"un rəhbər Əhməd Nasir əl-Rəisi ətraf-mühitin qorunmasıüçün qlobal tədbirləri gücləndirməyə, hüquq-mühafizə orqanlarınınbu işdəki rolundan bəhs edib.

Avropa İttifaqının İnsan hüquqları və qanunun aliliyi üzrədirektoru Gianluka Esposito çıxışında ekoloji cinayətin bir ölkəyədeyil, bütün dünyaya təsir göstərdiyini deyib. Ona görə dəqurumların əməkdaşlığı vacibdir.

Kamran Əliyev sonda bütün tədbir iştirakçılarına təşəkküredib:

"Təşəbbüslərimiz daha da birləşməliyik. Cəmiyyətin qanunlarınıda, təbiətin qanunlarını da pozmaq cinayətdir. Qlobal cameə olaraq,Bakıda toplanmağımız önəmlidir".

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Chosen
38
6
az.trend.az

7Sources