EN

Təbii fəlakətlərin nəticələrinə qarşı qabaqlayıcı tədbirlər ağıllı şəkildə düşünülməlidir — AÇIQLAMA

2004-cü ildən bəri təbii fəlakətlərin tezliyi üç dəfə artıb. Bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeyev deyib. O, “Report”a açıqlamasında bildirib ki, regionda təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir. Nazir beynəlxalq maliyyə institutlarının vahid maliyyələşdirmə proqramı çərçivəsində ümumi problemin təsirinə məruz qalan ölkələr qrupu ilə işləməsini daha əlverişli hesab edir.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında qırğız nazirin fikirlərinə münasibət bildirib. Ekspert söyləyib ki, dünyada təbii fəlakətlər olub və olacaq, bu, təbii prosesdir:

“Planetin öz qayda-qanunları var. Planet təbii fəlakətlər nəticəsində yaranıb, bu prosesin qarşısını almaq mümkün deyil. Vaxt olub ki, Yerə minlərlə asteroid düşüb, Yer üzü bombardman olub. İndi təbii fəlakətlər azalıb, bəzi heyvanların nəsli kəsilib, okeanların suyu daha stabil olub. Bütün bunlar müasir dövrdə insanların yaşaya bilməsi üçün baş verib. Baş verən bəzi fəlakətlər insan səhvi ucbatından baş verir. İnsanın etdikləri təbiətdə baş verənlərdən qat-qat dəhşətlidir. Təbii fəlakətlərin öhdəsindən gələ bilmək üçün birinci növbədə insanın özünün tərbiyələndirmək lazımdır. Mövcud nüvə silahı ilə planeti bir neçə məhv edib yenidən yaratmaq olar. Təbii fəlakətlərin nəticələrinə qarşı qabaqlayıcı tədbirlər ağıllı şəkildə düşünülməlidir”.

Törə Zeynallı
Demokrat.az
Chosen
66
demokrat.az

1Sources