EN

COP29 iqlim maliyyələşdirilməsinə, təsirin azaldılmasına və uyğunlaşmaya xüsusi diqqət yetirərək, kritik qlobal iqlim problemlərinin həllinə yönəlib - "La Gazette du Caucase"

Bakı. Trend:

COP29 iqlim maliyyələşdirilməsinə, təsirin azaldılmasına vəuyğunlaşmaya xüsusi diqqət yetirərək kritik qlobal iqlimproblemlərinin həllinə yönəlib.

Trend xəbər verir ki, bubarədə Fransanın onlayn nəşri “La Gazette du Caucase”nin məqaləsindədeyilir.

“La Gazette du Caucase” Prezident İlham Əliyevin COP29çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitindəsəsləndirdiyi sözlərinə istinad edərək yazır:

"Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrarasında, həmçinin, qlobal Cənub və Şimal arasında əlaqə nöqtələritapmağa çalışacaq. Prezident İlham Əliyev son 4 ildə BMT-dən sonraikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama HərəkatındaAzərbaycanın səmərəli liderliyini vurğuladı ki, bu ölkənin qlobaltəşəbbüsləri həyata keçirməkdə geniş təcrübəsinin sübutudur".

"11 noyabrda Bakıda qlobal iqlim konfransı - COP29 işə başlayıb.Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə, 11 dekabr 2023-cüildə keçirilən COP28-in plenar iclasında yekdilliklə ev sahibi kimitəsdiq olunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqlimtəşəbbüslərinə töhfə verməyə sadiqdir və ölkənin ekoloji proqramıquruda 135 QVt və dənizdə 157 QVt həcmində qiymətləndirilən bərpaolunan enerji mənbələrinin əhəmiyyətli potensialının üzəçıxarılmasına yönəlib.

Azərbaycan artıq bu potensialın istifadəsində mühüm uğurlar əldəedib, o cümlədən, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətitərəfindən tikilən regionun ən böyük 230 MVt gücündə günəş elektrikstansiyasına investisiya qoyub. Bundan əlavə, SəudiyyəƏrəbistanının “ACWA Power” şirkəti 240 MVt potensiala malik küləkelektrik stansiyası tikir.

COP29-un keçirilməsi zamanı bp şirkəti ilə 4 il əvvəlErmənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunda 240meqavatlıq günəş elektrik stansiyasının tikintisi barədə müqaviləimzalanacaq.

"Bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olanSəngəçal terminalının dekarbonizasiyasını təmin edəcək", -Prezident İlham Əliyev bildirib.

O, həmçinin, vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək təxminən 6QVt günəş, külək və hidroelektrik stansiyalarının tikintisiniplanlaşdırır. Ümumilikdə, ölkə artıq 10 QVt-lıq bərpa olunan enerjilayihələri üzrə müqavilə və Anlaşma Memorandumları imzalayıb.

Ölkənin ekoloji proqramı, həmçinin, daxili bölgələri, ocümlədən, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını əhatəedir ki, onlar da yaşıl zonalar elan olunub.

2020-ci ildə azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurregionlarında ümumi 10 000 MVt-lıq alternativ enerji potensialımüəyyən edilib. Bu regionlar hidroenerji, günəş enerjisi, külək vəgeotermal mənbələr daxil olmaqla, demək olar ki, bütün növ bərpaolunan resurslara malikdir.

Naxçıvandan sonra Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəşpotensialına görə ikinci yerdədir: bu rayonlarda kvadrat metrədüşən günəş radiasiyası ildə 1600-1700 kVt-saat təşkil edir vəümumi güc 7200 MVt-dır. Külək potensialı xüsusilə Kəlbəcər və Laçınrayonlarında yüksəkdir, burada orta illik külək sürəti saniyədə 10metrə çatır və Qarabağın dağlıq ərazilərində 2000 MVt-lıq potensialmövcuddur. Bundan əlavə, Kəlbəcər, Laçın və Şuşa rayonlarındagündəlik hasilatı 4000-5000 kubmetr olan termal suların əhəmiyyətliehtiyatları var.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda yaşılenerji mənbələrinin iqtisadi potensialı 27 QVt təşkil edir ki,bunun da 3 QVt-ı külək enerjisi, 23 QVt-ı günəş enerjisi, 380 MVtbioenerji potensialı və 520 MVt dağ çaylarının potensialıdır.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasını ratifikasiya edib, 2000-ci ildə isə qlobalistiləşməyə səbəb olan istixana qazlarının emissiyasınıməhdudlaşdıran 1997-ci il Kioto Protokoluna qoşulub. Daha sonraAzərbaycan 2015-ci il Paris Sazişi üzrə öhdəliklərinitəsdiqləyərək, istixana qazı emissiyalarını 2030-cu ilədək 35 faiz,2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb", - "LaGazette du Caucase" yazır.

Məqalədə:
Chosen
37
5
az.trend.az

6Sources