EN

Krivoy Roqda Puşkin və Lermontovun abidələrini sökdülər

Ukraynada Rusiya və Sovet İttifaqına aid heykəl, büst və digər abidələrin götürülməsi prosesi davam edir. Gazeta-nın yaydığı məlumata görə, növbəti belə addım Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində atılıb.

“Kiyev 24” telekanalının yaydığı məlumata görə, rus şairləri Aleksandr Puşkin və Mixail Lermontovun abidələri sökülüb", - nəşr yazıb.

Ukraynada müharibə başlayandan bəri Kiyevlə yanaşı Baltikyanı ölkələr də Rusiyanın tanınmış simalarına ucaldılan abidələri, heykəlləri bir sözlə Rusiyanı xatırladan hər şeyi silməkdədir. 

Tural

Chosen
92
news365.az

1Sources