1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Müstəqillik deyəndə yalnız ərazilərdən söhbət getmir. Eyni zamanda iqtisadi, siyasi, sosial baxımdan, bir sözlə hərtərəfli müstəqilliyimizi qazanmaq istəyirik".
Oxu.Az xəbər verir ki, bu sözləri ASRAD qeyri-hökumət təşkilatının prezidenti Kabine Dumbiya Müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə keçirilən etiraz aksiyasından sonra jurnalistlərə açıqlamasında deyib.
Kabine Dumbiya qeyd edib ki, təşkilat müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə kömək etmək üçün fəaliyyət göstərir:
"Eyni zamanda iqtisadi, siyasi, sosial baxımdan, bir sözlə hərtərəfli müstəqilliyimizi qazanmaq istəyirik. Afrika ölkələri, xüsusilə Qərbi Afrika ölkələri kağız üzərində müstəqil olsalar da, müstəmləkçi ölkələrin iri şirkətlərinin fəaliyyətindən əziyyət çəkirlər. Onlar iqlim dəyişikliyinə səbəb olurlar. Həmçinin onlar bizim resurslarımızı istismar edir, torpaqlarımıza, ətraf mühitə zərər vururlar".
Aygün Mirakif