EN

Azərbaycanda səfərdə olan İran rəsmisi COP29 çərçivəsində çıxış edib

BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Bakıya səfər edən İranın vitse-prezidenti və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari sammit çərçivəsində çıxış edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə Xəzər dənizinin ekoloji vəziyyəti və Araz çayının çirklənməsi barədə məlumat verib.

Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidenti ilə görüş zamanı İlham Əliyev ondan dostluq mesajını iranlı həmkarı Məsud Pezeşkiana çatdırmasını istəyib.

O, Tehrana tətbiq olunan sanksiyalara toxunaraq qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı mühüm addımlardan biri də sanksiyaların aradan qaldırılmasıdır.
Chosen
19
4
sherg.az

4Sources