EN

Ev dustaqlığına məhkum edildi, bütün hesablarını bağladı

Ötən günlərdə türkiyəli müğənni Sərdar Ortaç "reklam və qeyri-qanuni mərc oynamağı təşviq etmək" ittihamı ilə ev dustaqlığına məhkum edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verənlərdən sonra Ortaç sosial şəbəkədəki paylaşımlarına davam edib. Müğənni ev dustaqlığının ilk saatlarında silsilə paylaşımlar edərək bir növ gündəlik tutmağa başlayıb.

Ötən gecə isə Ortaç instaqram, ardınca X hesabını bağlayıb.

Müğənni son illərdə qatıldığı televiziya proqramında qumara görə 10-15 ev dəyərində pul itirdiyini və sonuncu dəfə 15 milyon lirə borc ödədiyini deyib:

“Rəhmətlik atama deyirdim: “Ata, pulu qoymağa yer tapmıram”. Atam deyirdi ki, oğlum, pulunu banka qoy. Ölkənin hər bir bankında pulum var idi və inanmazdım ki, pul tükənəcək. Deməli, bu, baş verə bilərmiş”.


Müəllif: Pərvin Cəfərova
Chosen
52
teleqraf.com

1Sources