EN

Rusiya daha bir ölkəni qazsız qoydu

Rusiyanın "Qazprom" şirkəti Avstriyaya qaz tədarükünü şənbə günündən dayandıracağını bildirib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz şirkətinin mərkəzi Avropa qaz qovşağı platformasında dərc etdiyi bildirişdə qeyd olunur.

OMV bildirib ki, “Qazprom”un noyabrın 16-da saat 05:00-dan etibarən təbii qaz tədarükünü sıfıra endirəcəyi barədə onu məlumatlandırıb.

Ukrayna vasitəsilə OMV-yə Rusiya qazının tədarükü "Qazprom"a qarşı arbitraj prosesləri səbəbindən ilin sonuna qədər kəsilmək riski altındadır.

Avstriya hələ də Rusiya qazından asılı olan azsaylı Avropa ölkələrindən biridir, çünki qitənin qalan hissəsi 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri idxalı azaldıb.

Zaur, BakuPost
Chosen
25
1
bakupost.az

10Sources