EN

BMT: İsrail Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verib

BMT: İsrail Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdiyini bildirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşlarının noyabrın 13-də 8 uşağın tibbi təxliyəsini həyata keçirdiklərini bildirən Düjarrik uşaqların İordaniyaya getdiyini bildirib.Düjarrik qeyd edib ki, bu uşaqlar burada xüsusi müalicə aldıqdan sonra ABŞ-a göndəriləcək.

Chosen
30
1
afn.az

2Sources