EN

“Amerika-Türk münasibətlərin təbiəti problemlidir” – Hakan Fidan

“Prezidentimizin Tramp ilə çox yaxşı münasibəti var. ABŞ-nin boynuna qoyacağımız məsələlər var”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə bağlı bunları deyib:

“Problemləri həll etməyə birlikdə cəhd edəcəyik. Tramp xarici siyasətdə nə edəcək? Bu bütün dünyanın maraqlandığı məsələdir. Bizim müvafiq qurumlarımız bir araya gələrək supergüclərə nəzərən ssenarilər qurur.

Amerika-Türk münasibətlərin təbiəti problemlidir. Bizim ABŞ ilə bir nömrəli problemimiz terrordur. Bizim üçün birbaşa təhdid yox olana qədər mübarizəmizi davam etdirəcəyik”.

Chosen
101
50
yenicag.az

10Sources