EN

Avstriya Rusiyadan qaz nəqlini dayandırmağa hazır olduğuna inandırıb

Avstriyanın energetika naziri Leonore Gewessler vətəndaşları əmin edib ki, ölkə çoxdan Rusiya qazının tədarükünü dayandırmağa hazırlaşır və Avstriyanın qaz anbarları doludur. O, həmçinin Moskvanı enerjidən “silah kimi” istifadə etməkdə ittiham edib.

“Məişət qaz anbarları doludur. İndi Avstriyanın illik istehlakından çoxu orada saxlanılır”, – nazir X -də yazıb.

Gewessler bildirib ki, “Rusiya Avstriyanın tərəfdaşı deyil”.

Noyabrın 15-də Avstriyanın OMV şirkəti Qazprom Export-dan qaz tədarükünü dayandırmaq barədə bildiriş alıb . 16 noyabr 2024-cü il Mərkəzi Avropa vaxtı ilə saat 06:00-dan (Moskva vaxtı ilə 08:00) qaz təchizatı dayandırılacaq.

DOĞRU.AZ

Chosen
52
dogru.az

1Sources