EN

Türkmənistan prezidenti baş nazirin ticarət üzrə müavinini vəzifəsindən azad edib

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilməməsi səbəbilə ticarət kompleksinə, tekstil sənayesinə və özəl sektora nəzarət edən Batır Atdayevi Nazirlər Kabineti sədrinin müavini vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, dövlət başçısı bu barədə cümə günü hökumətin iclasında sərəncam imzalayıb.

Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Nokerquly Ataquliyev bu vəzifəyə altı aylıq sınaq müddəti ilə təyin edilib.

Chosen
27
1
apa.az

2Sources