EN

Qrossi İranın nüvə obyektlərinə baş çəkib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi İranın Fordo və Nətənzdə yerləşən uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib.

"Operativ Media" bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Qrossi noyabrın 14-də İranın Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb. İran tərəfi nüvə proqramı ilə bağlı qalan bütün mübahisələri həll etməyə hazır olduğunu bildirib.

Chosen
39
4
operativmedia.az

10Sources