EN

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında bütün ölkələri dəstəkləməyə hazırdır

Bakı. Trend:

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasındabütün ölkələri dəstəkləməyə hazırdır.

Trend xəbər verir ki, bunuDünya Bankının rəqəmsal transformasiya üzrə vitse-prezidentiSanq-Bu Kim “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.

“Yalnız ötən il biz yaşıl rəqəmsal texnologiyalarainvestisiyalarımızı üç dəfə artıraraq, 700 milyon dollaraçatdırmışıq və gələcəkdə də bu dəstəyi genişləndirməyiplanlaşdırırıq. Dünya Bankı bu gün burada təmsil olunan bütünölkələri və gələcəkdə bizə qoşulacaq digər tərəfdaşları "YaşılRəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında dəstəkləməyə hazırdır.Birlikdə yoxsulluqdan azad və yaşamaq üçün yararlı bir planetyarada bilərik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
23
2
az.trend.az

3Sources