EN

Gənclər iqlim problemlərinin həllində fəal iştirakçı olmalıdır - Leyla Həsənova

Bakı. Trend:

Gənclər iqlim problemlərinin həllində fəal iştirakçıolmalıdır.

Trend xəbər verir ki, bunuAzərbaycanın COP29 İqlim üzrə gənclər çempionu Leyla Həsənova“Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinədavamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar vəimkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

“Gənclər dayanıqlı inkişaf üçün innovativ həllərin mənbəyinəçevrilə bilər. Biz gənclər üçün imkanlar yaratmalıyıq ki, onlardaha "yaşıl" gələcək qursunlar. Müxtəlif proqramlar, müsabiqələr vəustad dərsləri inkişaf etdirməliyik ki, uşaqlar və gənclər üçündayanıqlı icmalar yaratmaq sahəsində bərabər imkanlar təmin edək”,- deyə o bildirib.

Leyla Həsənova gənclərin dayanıqlı və aktual iqlim həllərininhazırlanmasında güclü dəstəklənməsinin vacibliyini vurğulayıb.

“Gənclərin dəstəklənməsi inkişafımızı və əməkdaşlığımızıgücləndirmək üçün həm iqtisadi cəhətdən səmərəli, həm də həyatiəhəmiyyət daşıyan bir vasitədir. Biz onların fikirlərini nəzərəalaraq, gələcəyimiz üçün innovativ, təsirli və dayanıqlı həllərtapmalıyıq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, uşaqlar və gənclər iqlim dəyişikliklərindənən çox əziyyət çəkən qruplardır ki, bu da onların təhsil, sağlamlıqvə təhlükəsizlik imkanlarını çətinləşdirir. İnnovativ və dayanıqlılayihələrə ehtiyac var ki, bu layihələr bütün ölkələrdə yenidayanıqlılıq normasının yaradılmasına töhfə versin və heç kəskənarda qalmasın.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources