EN

COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib (FOTO)

Bakı.Trend:

COP29 prezidenti Muxtar Babayev 2024-cü il noyabrın 16-daAzərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonunabaş çəkib.

Trend xəbər verir ki, COP29Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü PərvanəVəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıqnümayiş etdirir, mühüm təqdimatlar keçirir, xarici tərəfdaşları iləbirgə beynəlxalq tədbirlər təşkil edir. Artıq Azərbaycan tərəfinintəşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28,COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyətitəsisatlarının birgə konfransları təşkil olunub.

O da diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizininekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıcabeynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türkdövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaqtədbirin keçirilməsi planlaşdırılır.

M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumununtəşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxınölkədən 410-dan çox QHT qoşulub.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri ElnurBağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgəelan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsininbütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT ForumuPavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, butədbirlərin uğurla keçirildiyini bildirib.

COP29 prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinəfəaliyyətlərində uğurlar arzulayıb.

COP29
COP29
Chosen
3
8
az.trend.az

9Sources