EN

“Real”da zədə epidemiyasının günahkarı tapıldı

“Real”da zədə epidemiyasının səbəbkarı tapılıb.

Publika.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, bütün iddialar fiziki məşqçi Antonio Pintusa yönəlib. “Kral klubu”nun bəzi nümayəndələri bu mütəxəssisin metodlarının futbolçular üçün zərərli olduğunu düşünürlər.

Ötən həftəsonu Madrid klubu “Osasuna”nı darmadağın etsə də (4:0) oyun itkisiz ötüşməyib. Qarşılaşmada Rodriqo, Lukas Vaskes və Eder Militao zədələnib. Sonuncunun çarpaz bağı yırtılıb və bu mövsüm oynamayacaq.

Nəşr həmçinin qeyd edir ki, “Real”ın oyunçuları çox qaçırlar. Bu üsullar klub daxilində köhnəlmiş adlanır.

Chosen
37
publika.az

1Sources