EN

Soledad Mella: "Çili tullantı yığıcıları iqlim maliyyələşdirilməsində ədalət tələb edir"

Çili tullantı yığıcıları iqlim maliyyələşdirilməsində ədalət tələb edir.

“Report” xəbər verir ki, bu barədə Çili Milli Tullantı Yığıcıları Assosiasiyasının (ANARCH) prezidenti və Latın Amerikası Tullantı Yığıcıları Regional Şəbəkəsinin (RedLacre) Katibliyinin üzvü Soledad Mella COP29 çərçivəsində Metan üzrə Qlobal Öhdəliklə bağlı keçirilən tədbirdə deyib.

O vurğulayıb ki, tullantı yığıcıları və təkrar emalla məşğul olan insanlar üzvi tullantıların idarə olunması vasitəsilə tullantı sektorunda metan emissiyalarının azaldılmasında mühüm rol oynayıblar: Buna baxmayaraq, onlar yalnız son illərdə bu mövzularla bağlı müzakirələrə cəlb olunmağa başlayıblar".

S.Mella hesab edir ki, milli və yerli səviyyələrdə qərar qəbul etmə prosesinə daxil olmalı və fəal iştirak etməliyik. Eyni zamanda, iqlim maliyyələşdirilməsi tullantı yığıcı icmalar və işçilər üçün daha əlçatan olmalıdır”, - deyə qeyd edib.

O əlavə edib ki, tullantı yığıcıları və təkrar emal işçiləri iqlim dəyişikliklərinə qarşı mübarizənin ön sıralarında yer alırlar və onların hüquqlarının müdafiəsi vacibdir.

Chosen
3
report.az

1Sources