EN

İranda müxalifət fəalından ağlasızmaz addım - Öz canıyla...

İranda insan hüquqları müdafiəçisi, bloqçu və jurnalist Kiyanuş Səncərinin intiharı ölkə daxilində və xaricdə sarsıntıya səbəb olub. 

Qaynarinfo xəbər verir ki, çərşənbə günü, 2024-cü il noyabrın 13-də, 42 yaşlı Kiyanuş Səncəri Tehranın mərkəzində öz həyatına son qoyub. Bu faciəvi addımını o, "Xameneyinin diktaturasına etiraz olaraq" atdığını bildirib.

Səncərinin mübarizə dolu həyatı ilə bağlı məlumatlar həm sosial mediada, həm də insan haqları təşkilatları tərəfindən geniş müzakirə olunub. O, bir neçə dəfə həbs edilmiş, İran rejimi tərəfindən məcburi psixiatrik xəstəxanalara yerləşdirilmişdi. İnsan hüquqları sahəsindəki fəaliyyəti və azadlıq mübarizəsi ilə tanınan Səncəri yaxınları tərəfindən nəzakətli və vətəninə bağlı bir şəxs kimi təsvir edilir.

"Qoy iranlılar oyansın..."

İntiharından əvvəl Kiyanuş Səncəri "X" platformasında paylaşdığı mesajlarla sanki bu faciənin anonsunu verirdi. Onun mesajında belə yazılmışdı:  
"Əgər bu gün, çərşənbə, 2024-cü il noyabrın 13-də, saat 19:00-a qədər [siyasi məhbuslar] Fatimə Səpehri, Nəsrin Şəkrami, Tumac Salehi və Ərşam Rzayi azadlığa buraxılmasa... mən öz həyatımı Xamenei və onun tərəfdaşlarının diktaturasına etiraz olaraq bitirəcəyəm. Bu, hamıya bir siqnal olsun! Yaşasın İran!"

Bu çağırışlara baxmayaraq, qeyd edilən məhbusların heç biri azad edilmədi. İran hökuməti də bu açıqlamalara rəsmi cavab vermədi. Axşam saatlarında Kiyanuş Səncəri Tehranın mərkəzindəki Hafez körpüsünə yaxın ticarət mərkəzinin eyvanından son fotosunu paylaşdı və mesaj yazdı:  

"Bu tvitdən sonra mənim həyatım sona çatacaq, amma unutmayaq ki, biz həyatımızı ölümlə deyil, həyat sevgisi ilə veririk. Qoy iranlılar oyansın və köləliyi məğlub etsin".
 


Səncərinin ölümü ölkədə və dünyada narahatlıq doğurub

Bu hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Bir çox istifadəçi Səncərinin cəsarətini və mübarizəsini tərifləyərək onun ölümünün İran xalqının mübarizəsində unudulmaz bir iz buraxacağını vurğuladı. Bəziləri isə bu hadisənin İran hakimiyyətinə qarşı etirazların daha da güclənməsinə səbəb ola biləcəyini qeyd edib.

Kiyanuş Səncərinin ölümü insan hüquqları təşkilatları və beynəlxalq ictimaiyyət arasında da narahatlıq doğurub. 
Onun ölümü həm də İran hökumətinin insan hüquqları sahəsindəki basqılarını yenidən dünya gündəminə gətirib. "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatlar baş verənləri kəskin şəkildə pisləyərək İran hakimiyyətini siyasi məhbusları dərhal azad etməyə çağırıblar.

Aydın

Chosen
36
qaynarinfo.az

1Sources