EN

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 4 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 391,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % az investisiya yönəldilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 9,1 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2 % azalıb.

10 ay ərzində istifadə olunmuş investisiyanın 7 milyard 308,6 milyon manatı və yaxud 50,8 %-i məhsul istehsalı sahələrinə, 5 milyard 162,4 milyon manatı və yaxud 35,9 %-i xidmət sahələrinə, 1 milyard 920,1 milyon manatı və yaxud 13,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 943,1 milyon manatını və yaxud 83 %-ni daxili investisiyalar təşkil edib, 10 milyard 409,9 milyon manatı və yaxud 72,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Chosen
17
7
valyuta.az

8Sources