EN

COP29-da bu klubların iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı

COP29 çərçivəsində tanınmış futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.

AZXEBER.COM xəbər verir ki, alyansda Ağdam təmsilçisi ilə yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar İngiltərənin \"Liverpul” və \"Tottenhem”, İspaniyanın \"Atletiko Madrid” və \"Real Betis”, Türkiyənin \"Fənərbağça” və \"Qalatasaray”, İtaliyanın \"Udineze”, Portuqaliyanın \"Portu”, Braziliyanın \"Flamenqo” və İsveçin \"Malmö klublarıdır.

İqlim mövzusuna həssas yanaşan və bununla bağlı yaddaqalan layihələr reallaşdıran həmin klublar alyansın yaradılması barədə sənədə imza atıblar.
Bununla da 11 tanınmış klub qurumun yaradıcıları hesab edilib. Onlar öhdəliklər barədə bəyannaməni imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Bu məqsədlə futbol klubları dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, \"İqlim Fəaliyyəti üçün UNFCCC İdman\" da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.
Chosen
34
azxeber.com

1Sources