EN

COP29 çərçivəsində futbol klublarının iqlim naminə alyansı təsis edilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində noyabrın 16-da “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansı təsis edilib. Alyans COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.

Alyansda “Qarabağ”komandası ilə yanaşı “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) yer alıb.

Azərbaycanın Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın idman tədbirlərinin mərkəzinə çevrildiyini bildirib. O, 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətindən danışıb.

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl bildirib ki, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.

Chosen
56
turan.az

1Sources