EN

Azərbaycanda doğuş zamanı növbəti uşaq ölümü - Təfərrüat

Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşağı ölü doğulub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ananın yaxınları həkimləri ittiham edirlər.

Məlumata görə, rayonun Sor-Sor kənd sakini 2004-cü il təvəllüdlü Nailə Cəfərova noyabr ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Noyabrın 11-nə kimi müalicə olunub və sonradan xəstəxanadan evə buraxılıb. Hamilə qadın noyabr ayının 15-də ağrıları tutduğu üçün yenidən doğuş üçün xəstəxanaya müraciət edib, amma uşağın ana bətnində ölü olduğu məlum olub.

Qaynanası isə iddia edir ki, Nailə Cəfərova xəstəxanaya gətirilərkən həkim ona başqa xəstəsinin olduğunu bildirərək gedib.

Körpənin atası Cahid Cəfərov isə iddia edir ki, həkim onlara əvvəldən hər şeyin qaydasında olduğunu deyib.

Məsələ ilə bağlı TƏBİB-DƏN "Xəzər Xəbər"ə bildirilib ki, xəstənin noyabrın 11-dək tibb müəssisələrində müalicəsi davam etdirilib və zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. O, noyabrın 15-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təkrar müraciət edib. Hamiləliyin 38-ci həftəsində olan pasiyentin müayinəsi zamanı dölün ölü olduğu müəyyən olunub. Aparılan konsilium nəticəsində süni doğuşla ölü döl ana bətnindən götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
44
3
milli.az

4Sources