EN

Tramp Uber-in keçmiş rəhbərini ABŞ Nəqliyyat Departamentinin rəhbəri təyin edə bilər

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, keçid komandasıvasitəsilə Uber-in biznesin inkişafı üzrə keçmiş direktoru EmilMayklın Birləşmiş Ştatların Nəqliyyat Naziri vəzifəsinə təyinedilməsini nəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əlavə, ABŞ Nümayəndələr Palatasının üzvləri Sem Qreyvs(Missuri), Qarret Qreyvs (Luiziana), həmçinin Viskonsin ştatındankeçmiş konqresmen və hazırda Fox News kanalında aparıcı kimifəaliyyət göstərən Şon Daffi də bu mövqe üçün namizəd ola bilər.Həmçinin, bu siyahıda başqa adların da yer ala biləcəyivurğulanır.

Reuters-in məlumatına görə, Emil Mayklın namizədliyi noyabrın5-də keçiriləcək prezident seçkilərində Trampı dəstəkləyəntexnologiya şirkətlərinin rəhbərləri tərəfindən dəstəklənib.Agentlik, Emil Mayklın milyarder İlon Maskın dəstəyinialıb-almadığını müəyyən edə bilməyib. Lakin mənbələrdən biribildirib ki, Mask həm də SpaceX şirkətinin investoru olan Maykllaçox yaxşı əlaqələrə sahibdir.

Chosen
51
az.trend.az

1Sources