EN

Bu qidaları yeyin,  ömrünüz sağlam və uzun olsun

Bu Bu qidaları yeyin,

Sağlam yaşlanmanın ən mühüm qaydalarından biri sağlam qidalanmadır.

E-saglam.az xəbər verir ki, bununla bağlı professor Osman Müftüoğlu açıqlama verib.

O qeyd edib ki, yaşadığınız coğrafiya, genetik irs, mədəniyyət və adət-ənənələrə uyğun düzgün və tam qidalanmaq lazımdır:

“Əgər çəkiniz və ya əzələ kütləniz azdırsa gündə 3 dəfə qidalanma və 1 qəlyanaltı düsturunu seçməyi məsləhət görürəm. Əsas yemək və qəlyanaltılarınızı hər gün maksimum 10-12 saatla məhdudlaşdırmağa çalışın. 10 saat və ya daha az fasilələrlə yemək çəkini tarazlaşdırmaq baxımından faydalıdır.

Masalarınızı zənginləşdirin. Qidalanmanıza yumurta, qatıq və pendir əlavə etməyi unutmayın. Eyni zamanda bitki mənşəli zülallardan istifadə edin. Bitki mənşəli qidalarda daha çox protein var. Yaşlandıqca daha az yeyin. Mümkün qədər çox zeytun yağı və orta miqdarda kərə yağı yeyin. Badam, fındıq və qozu çox yeyin”.

©  Publika.az

E-saglam.az

Chosen
38
e-saglam.az

1Sources