EN

ABŞ, Yaponiya və Avstraliya razılığa gəliblər

ABŞ, Yaponiya və Avstraliyanın müdafiə nazirlikləri təhlükəsizlik üzrə üçtərəfli məsləhətləşmələr mexanizmini işə salmaq barədə razılığa gəliblər.

“Ölkə.az” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin, Yaponiyanın müdafiə naziri Qen Nakatani və Avstraliyanın müdafiə naziri Riçard Marlesin birgə bəyanatda deyilir.

Bundan əlavə, tərəflər silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinin artırılması sahəsində Avstraliya və ABŞ arasında əməkdaşlıqda Yaponiyanın artan iştirakını alqışlayıblar.

O cümlədən, tərəflər hər il üçtərəfli desant təlimləri keçirməyi qərara alıblar.

Chosen
24
3
olke.az

4Sources