EN

Azərbaycan çempionatının intizamsızları - ADLAR

Misli Premyer Liqasının XIII turundan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə yaranıb.

İdman.biz arxada qalan 13 turun 64 matçında ən çox vərəqə alan futbolçuları təqdim edir.

Cari mövsümdə iki qırmızı vərəqə ilə cəzalanan olmayıb. Hərəyə bir dəfə meydandan kənarlaşdırılanlar arasında iki oyunçu daha çox "fərqlənib".

"Kəpəz"də Elmir Tağıyev, "Şamaxı"da Brahim Konate dörd fərqli qarşılaşmada cəzalanıblar. Onların hər ikisi bir görüşdə ikinci xəbərdarlığa görə qırmızı, digər üç oyunda sarı vərəqə alıb.

Meydandan kənarlaşdırılmadan diskvalifikasiya edilənlər də yetərincədir. Söhbət mövsümdə aldığı hər 4-cü xəbərdarlığa görə matç buraxmaqdan gedir.

Altı futbolçu artıq ikinci "qırmızı işığ"a doğru gedir. Yəni onlar 5 və ya daha çox cəza alıblar. Onlardan üçü artıq 6 sarı vərəqə alıb.

Belə oyunçulardan ikisi - Belajdi Pusi və İlkin Muradov "Şamaxı"nın formasını geyinir. "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev də onlardan geri qalmır.

Mövsümdə 5 xəbərdarlıq alanların da sayı üçə bərabərdir. "Səbail" belə futbolçu sayında "liderdir". Mert Çelik və Qorka Laruçça ikinci "dörd sarı"ya başlayıblar. "Araz-Naxçıvan"ın futbolçusu Ömər Buludov da eyni durumdadır.

Qeyd edək ki, Azərbaycan çempionatında XIV tur noyabrın 22-24-də keçiriləcək.

Chosen
4
2
day.az

3Sources