EN

Abxaziyada sabitlik daha da pozulacaq –BJANİYA XƏBƏRDARLIQ ETDİ

Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Abxaziya “prezidenti” Aslan Bjaniya deyib.

 

“Abxaziya müxalifətinin açıq şəkildə üstünlük verdiyi hərbi həll yolu sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana gətirib çıxaracaq. Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpası, investisiyaların cəlb edilməsi və Abxaziyanın iqtisadi inkişafı üçün şərait yaradacaq”, - Bjaniya bildirib.

 

Qeyd edək ki, Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.

 

Onu da qeyd edək ki, bu arada Abxaziyada etirazçılar noyabrın 15-dən “hökumət binaları” kompleksinin ətrafında dayanmış yük maşınlarını Müdafiə Nazirliyinə qaytarıblar.

 

Müxalifət liderlərindən biri Levan Mikaanın dediyi kimi, etirazçılar qondarma “müdafiə naziri” Beslan Tsvijba və “nazir müavini” Nodar Avidzbanı dəvət edərək onlara “avadanlığın “ölkənin” təhlükəsizliyinin təmin edilməsinə xidmət etməli və lazım olan yerdə dayanmalı olduğunu deyiblər”.


Chosen
22
9
senzor.az

10Sources