Parlament Görüşündə müzakirələr zamanı təcili hərəkətə keçməyin vacibliyi vurğulanıb.
Bunu açıqlamasında Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq deyib.
O qeyd edib ki, COP29-un sonunda üzv dövlətlərdən iqlim dəyişikliyi böhranının qarşısını almaq üçün təcili tədbirlər görülməsi barədə qətnaməyə ümid edir:
"Müzakirələrin sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qətiyyətli qərarın qəbul olunmasını görmək istəyirik. Biz istəmirik ki, iqlim fəaliyyəti cəmiyyətin bəzi təbəqələrinə ziyan vursun. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarının nəzərə alınmasını təmin etmək üçün birlikdə çalışmaq istəyirik".
Baş katib vurğulayıb ki, iqlim fəaliyyətinə sərf olunan resursları artırmaq lazımdır:
"İqlim fəaliyyəti üçün maliyyələşməni artırmaq lazımdır. Düşünürəm ki, bu məsələdə həmrəylik çox vacibdir. Bu COP-un şüarı da "yaşıl dünya" ilə həmrəylikdir".(Report)
10Sources
-
paytaxt.orgCOP29-dakı qərarlar dünyaya GÜCLÜ MESAJ olmalıdır – PAİ-nin BAŞ KATİBİ ( 13117396)
-
yeniazerbaycan.comMartin Çunqonq: COP29-dan əldə olunan qərarları bütün dünyaya verilən güclü mesaj kimi görürəm ( 13116094)
-
korrespondent.azParlamentlərarası İttifaqın baş katibi: İqlim fəaliyyətinə sərf olunan resursları artırmaq lazımdır ( 13113034)
-
manset.azCOP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq ( 13112686)
-
demokrat.az"COP29-un sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qərar qəbul olunmalıdır" ( 13112602)
-
far.azPAİ-nin Baş katibi: COP29-un sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qərar qəbul olunmalıdır ( 13112554)
-
ikisahil.azPAİ-nin Baş katibi: COP29-un sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qərar qəbul olunmalıdır ( 13112299)
-
teleqraf.comMartin Çunqonq: Bakıdakı qərarlar bütün dünyaya güclü mesajdır ( 13112245)
-
axar.azCOP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq ( 13112209)
-
azpolitika.info"COP29-un sonunda ədalətli və bərabər iqlim fəaliyyətini təşviq edən qərar qəbul olunmalıdır" - PAİ-nin Baş katibi ( 13112101)