EN

Ukrayna hərbçiləri mühasirəyə düşdü - Əsir alınanlar var

Rusiya qoşunları Kursk vilayətinin Olqovskoy ərazisində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin qarşısını kəsib. Bəzi yerlərdə isə ukraynalılar mühasirəyə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb .

Müdafiə Nazirliyi bildirib ki, noyabrın 17-də saat 4:00-da Ukrayna ordusu 15-20 nəfərlik qruplarla hücuma keçiblər.

"Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox əsgəri öldürülüb, 40-a yaxın əsgəri yaralanıb, daha 24əsgər isə əsir götürülüb", deyə məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com
Chosen
27
teleqraf.com

1Sources