EN

“PAŞA Bank” COP29-da "Potensialın inkişafı" adlı panel sessiyası keçirir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişafvə bu sahədəki digər çağırışlara dair müzakirələrdə fəal iştirakedir.

Bu gün, 18 noyabrda, Bank Yaşıl Zonada "Potensialın inkişafı"adlı panel sessiyasına ev sahibliyi edir. Sessiya, xüsusiləgənclərin peşə bacarıqlarını iqlim dəyişikliyinə qarşı daha davamlıvə hazırlıqlı etmək üçün tətbiq edilə biləcək strategiyalarıaraşdıracaq, təhsil, dayanıqlı inteqrasiya və sosial məsuliyyətədair yanaşmalara fokuslanacaq.

“PAŞA Bank”ın insan resursları üzrə baş direktoru ZibeydəHacıyeva, ADA Universitetinin prorektoru Fariz İsmayılov, “AZAL”ıninsan resursları üzrə baş direktoru Ellada Əlişova, “ForAzerbaijan” xeyriyyə təşkilatının qlobal idarə heyəti üzvü,“Dentons” beynəlxalq hüquq şirkətinin partnyoru və Azərbaycan üzrəicraçı meneceri Ülviyə Zeynalova-Boçkin və Worldview BeynəlxalqFondunun baş icraçı direktoru Kim Qabrielli icmaların iqlimdəyişikliyi ilə mübarizədə daha effektiv olması üçüngücləndirilməsini müzakirə edəcəklər. Sessiyada hökumətlər, maliyyəqurumları və yerli icmalar arasında tərəfdaşlıqların qurulması vəbu əməkdaşlıqların iqlim dayanıqlılığını artırmağa necə köməkedəcəyi barədə fikir mübadiləsi aparılacaq.

Müzakirə panelini izləmək istəyənlər 11:00 Yaşıl Zonada yerləşənD42 pavilyonuna dəvət olunurlar.

Chosen
38
3
az.trend.az

4Sources