EN

Yassin Benzya Liberiya üzərində darmadağına sevindi

Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.

Arena.az xəbər verir ki, Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiya yığması ilə qarşılaşıb.

Qrup mərhələsinin sonuncu turunun oyununda Benzyanın komandası doğma meydanda darmadağına sevinib – 5:1.

Benzya bu matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Əlcəzair millisi bu qələbədən sonra yer aldığı E qrupunda 16 xalla birinci olub və növbəti mərhələyə vəsiqə qazanıb.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 74 oyuna çıxıb, 22 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 13 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Chosen
42
arena.az

1Sources