EN

Akademik Lambert Nəşriyyatı Azərbaycan alimlərinin məqalələrini dərc edib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın elmi redaktorluğu və tərtibatında Akademik Lambert Nəşriyyatı “ANAS-80. Azərbaycan alimlərinin məqalələri – identiklik və qlobal etika problemləri 4.0 Sənaye İnqilabı Kontekstində” kitabını nəşr edib.

TƏHSİL.BİZ xəbər verir ki, topluya AMEA prezidenti akademik İsa Həbibbəylinin “Milli Akademiyanın Nizamnaməsi Azərbaycan elminin inkişaf prosesində yol göstərən mayak kimi”, Xatirə Quliyevanın “İqlim, insan və etika problemi 4.0 dünya sənaye inqilabı kontekstində sosial-fəlsəfi təhlil”, professor Məmməd Rzayevin “Müasir dövrdə özgələşmənin sosial-fəlsəfi mahiyyəti haqqında” və “Milli şüur və müasir şəxsiyyətin mahiyyəti”, dosent Ziba Ağayevanın “Müasir texnologiya dəyişiklikləri dövründə Azərbaycanda identiklik probleminin nəzəri perspektivləri” sərlövhəli məqalələr daxil edilib.

Topluda, həmçinin Azərbaycan alimlərindən Qərib Allahverdiyev, Yusif Hüseynov, Abbas Əhmədov, Lalə Mövsümova, Rəna Mirzəzadə, Eyyub Kərimov, Röfət Quliyev, Zümrüd Məsimova, Günel Aynur Mahmud və gənc tədqiqatçı Zeynəb Həsənovanın məqalələri yer alıb.

“ANAS - 80. Azərbaycan alimlərinin məqalələri” kitabının məsul redaktoru tarix elmləri doktoru Röfət Quliyev, redaktorları Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc (Nisa) Quliyeva və Lalə Əliyevadır.

Chosen
51
tehsil.biz

1Sources