EN

"Tramp təcili Baydenin raket qərarına müdaxilə etməlidir" -Ritter

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kiyevin Rusiyanı uzaqmənzilli ATACMS raketləri ilə vurmasına icazə verməsi məsələsinə müdaxilə etməlidir. Çünki belə bir addımın həyata keçirilməsi ölümcül tədbir olacaq. Bu barədə keçmiş Amerika dəniz piyadası və kəşfiyyat zabiti Skot Ritter X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində yazıb.

“Tramp Ukraynaya və NATO-ya müdaxilə etməsə, Baydenin məlum qərarının həyata keçirilməsi ilə bağlı cəhdlər ölümcül nəticələrə səbəb olacaq”, - o vurğulayıb.

Keçmiş amerikalı hərbçinin fikrincə, Ukrayna ordusuna Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə vermək heç bir mövzu və sahədə yaxşı nəticələrə gətirib çıxara bilməz.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Tural

Chosen
14
50
news365.az

10Sources