EN

Borrell Aİ-ni Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb

“Ukrayna Rusiya ərazisinə qarşı uzaqmənzilli silahlardan istifadə edə bilməlidir”.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyib.

O, bildirib ki, Aİ ölkələri bunu dəstəkləməlidir.

"Dəfələrlə təkrar edirəm ki, Ukrayna ona verdiyimiz silahlardan təkcə oxları dayandırmaq üçün deyil, həm də atıcıları vurmaq üçün istifadə etməyi bacarmalıdır ", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

 

Chosen
15
missiya.az

1Sources