EN

İrana yeni sanksiya, Çinə xəbərdarlıq…- Berbok AÇIQLADI

Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa İttifaqının İrana qarşı yeni sanksiyalar hazırladığını açıqlayıb.

Azpost.info xəbər verir ki, Berbok İranın Rusiyaya hərbi yardım göstərdiyini bildirib, həmçinin Çinə Moskvanı dəstəkləməsinin nəticələri barədə xəbərdarlıq edib.

XİN başçısı Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşünə gələrkən deyib ki, Ukraynadakı münaqişə Avropa ölkələrinin təhlükəsizlik sahəsində əsas maraqlarına toxunur.

Onun sözlərinə görə, bu, Rusiyanın müttəfiqlərinin də diqqətinə çatdırılmalıdır.

“Bununla əlaqədar biz İrana qarşı yeni sanksiyalar hazırlayırıq. Çinin Rusiyaya dron yardımı da diqqətimizdədir. Bunun da nəticələri olmalıdır və olacaq”, – Burbok deyib.

Azpost.info

Chosen
12
azpost.info

1Sources