EN

“Gördüm ki, TikTok-da özümü aşağı salıram”

“TikTok-da canlı yayımda başım qarışsın deyə otururdum. Mən insanlarla ünsiyyət qurmağı çox sevirəm. Mən instaqramda canlı yayım açırdım. Amma ikisinə də eyni anda həvəsim öldü”.

OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində deyib.

O, sosial şəbəkələrdən uzaqlaşmasının səbəbini açıqlayıb:

“Bir müddət sonra əlbəttə qayıdacam. Qayıtmağa məcburam, çünki planlarım, işlərim var. Bu işlərdə də instaqram mənə kömək edəcək. Məni mediatik edən şarmımdır. Məndə ulduz işığı var. Tamaşaçılara deyirəm, istəsəniz qəbul edin, istəsəniz yox. Bilirəm ki, şərhlərdə yazacaqlar... Mən gözəl deyiləm, amma seçilməyi bacarıram. Nə etsəm, seçilirəm. Seçilməyi sevirəm, bunun üçün də çalışıram. Onsuz da seçilirəm, bir az da əlavə edəndə... Qaydam budur ki, heç zaman heç bir qadına bənzəmə. Həyatım boyunca bir qadın idealım olub: Monika Belluçi. Ona da bənzəməyə çalışmamışam. Dəb önəmli deyil. Zövqlə özünü yaraşanı geyinmək çox önəmlidir. Qaydalarım çoxdur. Qazancları nəzər almasaq, TikTok canlılarına görə peşman olmuşam. Yeganə asan pul qazanılan məkandır. Amma mənim yayım açmağımın səbib qazanc deyildi. Gəlirlərimin böyük hissəsini xeyriyyəyə sərf edirdim. Oranın pulu ilə onları edirdim. Əslində maraqlı yerdir, mən TikTok-u məhəlləyə bənzədirəm. “Sovetski”dəki məhəllələr kimidir. Bir ildir orada yoxam. Mən uzun müddət dedim ki, TikTok-a girməyəcəyəm. Əslində maraqlı olduğu üçün ora daxil oldum. Həyatımın bir dövrü darıxdırıcı idi, onda... Mənim sadəliyimə görə bəzilərində rahatlıq gördüm. Fikirləşdim ki, bunlar normal həyatda mənimlə kəlmə kəsə bilməyəcək insanlardır. Özümü aşağı çox salıram. Dəyər-dəyməz insanlarla ünsiyyətdə oluram. O məni düşündürdü ki, burada nə edirəm? Əslində pis yer deyil, yaxşı insanlar var və orada danışılanlar orada qalır, instaqrama keçmir. Mən ona görə instaqramdan Tiktok-a keçdim. Çünki orada canlını bağladığım zaman saytlar yazırdılar. TikTok-da isə nə etsəm də, instaqrama çıxmırdı. Çox nadir hallarda hansısa məşhurla söhbətim olanda instaqrama keçirdi. Bu baxımdan sərf edirdi, çox insan görmürdü. Orada insanlar məni başqa cür tanıyırdılar. Mənim zarafatcıl, səmimi, xeyirxah tərəfimi gördülər. Gördülər ki, düşündükləri kimi bütün gün gəzmək həvəskarı deyiləm. Bu tərəfdən mənə xeyri oldu. Hazırda Azər Zahidlə danışmıram, danışmağı da düşünmürəm. Əminəm ki, o da belə düşünür. Bu insanın mənim həyatımda bir dəyəri yoxdur ki, barışmağa can atım”.

Chosen
44
1
olay.az

2Sources