EN

İnsan resurslarının əmək bazarında baş verən dəyişikliklərə uyğun inkişaf etdirilməsi əsas hədəflərdən biridir

Son illər ölkədə peşə hazırlığı şəbəkəsinin müasir tələblərə uyğun qurularaq genişləndirilməsi davamlı xarakter alıb və işçi qüvvəsinin bacarıqlarının əmək bazarında baş verən dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsiəsas fəaliyyət istiqamətləri sırasındadır.

 

Təcrübə göstərir ki, insan kapitalına yönəldilən sərmayə hər bir ölkə üçün cəmiyyətin mövcud və gələcək inkişafına yatırılan investisiya deməkdir.

 

Qaziler.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəkeçirilən mətbuat konfransında vurğulayıb.

 

Yaşıl iqtisadiyyata keçidin uğurla həyata keçirilməsi üçün insan kapitalının inkişafına yönəlmiş kreativ yanaşmaların vacibliyini diqqətə çatdıran nazir bu keçid prosesinin sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməli olduğunu bildirib.

 

O, dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan uğurlu islahatları qeyd edib.

 

S.Babayevbildirib ki, həmin sənəddə strateji dövrdə yeni artım modelinin özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənməsi, rəqabətli insan kapitalı və mövcud insan resurslarının yenidən kvalifikasiyası üçün ömürboyu təhsil imkanlarının yaradılması əsas istiqamət kimi qeyd edilir.

 

Nazir son illər ölkədə peşə hazırlığı şəbəkəsinin müasir tələblərə uyğun qurularaq genişləndirilməsinin davamlı xarakter aldığını bildirib. Diqqətə çatdırıb ki, yaşıl iqtisadiyyata keçid yaşıl texnologiyaların tətbiqi nəticəsində yeni iş mühitini də formalaşdırır və bir çox işlərin xarakterini dəyişdirir. İnsan resurslarının, işçi qüvvəsinin bacarıqlarının əmək bazarında baş verən bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətləri sırasındadırvə bu istiqamətdə mühüm işlər aparılır.

 

Son 6 il ərzində 4 sosial islahat paketinin həyata keçirildiyini, bu dövrdə sosial ödənişlərdəki ciddi artımları qeyd edən S.Babayev növbəti illərdə də sosial ödənişlərin artırılmasınınprioritet məsələlərdən biri olaraq qalacağını bildirib.

Chosen
26
qaziler.az

1Sources