EN

Qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq mümkündür - Vopke Hukstra

Bakı. Trend:

Qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq, mövcudçağırışlara baxmayaraq, hələ də mümkündür.

Trend xəbər verir ki, bubarədə Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı VopkeHukstra COP29 çərçivəsində keçirilən mətbuat konfransındabildirib.

"UNEP-in emissiya fərqi ilə bağlı hesabatı göstərir ki, hələ dəbu hədəfə çatmaq yolunda deyilik, lakin bu, həm də texniki cəhətdənbunu edə biləcəyimizi aydın şəkildə göstərir. Bu, qarşılaşdığımızproblemin əsasən siyasi olduğunu və məhz bu çağırışı bizim -danışıqlar aparanların həll etməli olduğunu bildirir", - deyə V.Hukstra qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı iqlim dəyişikliyi iləmübarizədə liderlik etməyə davam edəcək və danışıqlarda fəaliştirak edəcək.

"Biz həmişə COP-a Paris Sazişi hədəflərinə doğru irəliləməyəkömək edən yüksək ambisiyalarla qatılırıq. Burada da eyni enerji vəambisiyalarla mənalı nəticələr əldə etmək üçün iştirak edirik", -deyə o əlavə edib.

Maliyyələşdirmədən danışan avrokomissar, karbon bazarları vəemissiya qiymətləndirmə sistemləri vasitəsilə özəl investisiyalarıncəlb edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources