EN

“Fransaya qarşı mübarizə aparan müstəmləkə xalqların dəstəyi güclənir“ - ŞƏRH OLUNDU

“Fransanın dənizaşırı ərazilərdəki müstəmləkə siyasəti getdikcə daha çılpaq və ilticaçı forma alır. Dənizaşırı ərazilərin xalqları getdikcə ortalığa daha çox müstəqillik iradəsi qoyurlar. Fransanın apardığı siyasətə qarşı lazımi müqaviməti gücləndirirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, dünyada Fransaya qarşı mübarizə aparan müstəmləkə xalqların dəstəyi güclənir: “Azərbaycanın bu mübarizədə dənizaşırı xalqlara verdiyi dəstək getdikcə daha əhəmiyyətli təsirlərini göstərməyə başlayır. Fransa belə şəraitdə həmin xalqlara qarşı repressiv siyasəti gücləndirməyi özü üçün çıxış yolu kimi görür. Bu o deməkdir ki, Fransa nəinki bu xalqların azadlıq iddialarına hörmətlə yanaşmır, dünya xalqlarının və dünya birliyinin çağırışlarına məhəl qoymur, eyni zamanda dənizaşırı ərazilərin dekalonizasiya olunması ilə bağlı beynəlxalq hüquqi sənədlərə məhəl qoymur.

Fransa beynəlxalq hüququn tələbləri çərçivəsində özünün dənizaşırı ərazilərinin xalqlarının öz müqəddəratının təmin etmək hüququnu tanımadığı bir halda başqa bölgələrdə, o cümlədən də Azərbaycanda keçmiş dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmək uğrunda illərdir mübarizə aparıb. Beləliklə, Fransanın bu gün dənizaşırı xalqlara göstərdiyi münasibət beynəlxalq miqyasda həyasız və beynəlxalq hüquq normalarına sayğısız münasibətinin bariz nümunəsidir”.

Müəllif: Səbinə Hüseynli
Chosen
25
sia.az

1Sources