EN

Dövlət büdcəsində 3,5 milyard manata yaxın profisit yaranıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 31 milyard 542,5 milyon manat, xərcləri isə 28 milyard 108,2 milyon manat təşkil edib.

Bu barədə "Operativ Media" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,4 % və 5,5 % çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin profisiti 3 milyard 437.3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə büdcədə 217,8 milyon manat kəsir olmuşdu.

Chosen
15
6
operativmedia.az

7Sources