EN

Yusuf Tekin: "Təbiəti və insan hüquqlarını qorumaq üçün təhsil rolu vacibdir"

"Təbiəti və insan hüquqlarını qorumaq üçün təhsil vacibdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, tədbirin əhəmiyyətindən danışaraq, təhsilin təbiəti və insanların hüquqlarını qorumaq istiqamətində böyük rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, türk dövlət ənənəsində insanların təbiət və digər insanlar qarşısında məsuliyyətləri var:

"Biz uşaqlarımızı məhz bu mədəniyyət və şüurla böyütmək istəyirik. Bunun təmin edilməsi üçün ən vacib sahələrdən biri təhsil sektorudur. Təhsilin vasitəsilə bu məsuliyyətlər və ənənələr gələcək nəsillərə ötürülə bilər".


Müəllif: Rəqsanə Həsənova
Chosen
31
teleqraf.com

1Sources